İnsan resursları üzrə assistent / kiçik mütəxəssis
Unibank Kommersiya Bankı
Müddət: 2025-06-20 - 2025-07-20

Baxış sayı: 344
Vakansiya № 1014131
Şəhər:
Bakı
İşin təsviri:
- AR əmək məcəlləsinin tələblərinə uyğun işə qəbul, işdən azad edilmə, vəzifə dəyişikliklərinə dair proseslərin daxili İR sistemi və ƏMAS-da rəsmiləşdirilməsi;
- Ezamiyyə əmrlərin tərtib edilməsi;
- İşçilərə verilən məzuniyyətlərin rəsmiləşdirilməsi, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak, məzuniyyətdən tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
- İş vaxtından artıq saat və növbəli qrafik üzrə çalışılmış saatların hesablanması və müvafiq qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Daxili proqram təminatında təkmilləşdirmə təkliflərin irəli sürülməsi və həyata keçirilməsi;
- Fəaliyyət sahəsi üzrə proseslərə dair hesabatların hazır edilməsi;
- İcrasında olan işlər üzrə qanunvericiliyə edilmiş dəyişikliklərin müvafiq proseslərə tətbiqi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirməsi.
Tələblər:
- İqtisadiyyat, Riyaziyyat/İnformatika üzrə Ali təhsil;
- İnsan Resursları sahəsində 1 il təcrübə arzuolunandır (Bank sahəsi üzrə təcrübəyə üstünlük verilir);
- Mükəmməl Azərbaycan dili biliyi, Rus dili biliyi olması üstünlükdür;
- MS Excel üzrə biliklər və tətbiqində təcrübə;
- Nəticə yönümlü kommunikasiya qurma bacarığı;
- Analitik düşünmə bacarığı; data əsaslı qərarvermə bacarığı;
- Operativlik, çeviklik,dəqiqlik, detallara diqqət;
- Yeniliklərə açıqlıq.
Bu şirkətin digər vakansiyaları