İnsan resursları üzrə kiçik mütəxəssis
Grand Motors MMC
Müddət: 2023-12-19 - 2024-01-19
Baxış sayı: 1056
Vakansiya № 1011759
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, ərizələrin alınması, emal edilməsi və arxivləşdirilməsi;
- İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi və şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi;
- İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
- Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Hesabatların rəhbərliyə təqdim olunması.
Namizədə olan tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 il
- İnsan resursları əməliyyatları üzrə nəzəri biliklər
- Dil bilikləri: Azərbaycan dili - səlis
- Analitik düşüncə bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 842 – 970 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr-cv@grandmotors.az ünvanına mövzu yerində “İR üzrə kiçik mütəxəssis” yazaraq göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Kargüzar | Zeytun Pharmaceuticals | 2025-12-08 - 2026-12-08 |