İnsan resursları üzrə kiçik mütəxəssis
C&S Group
Müddət: 2024-04-03 - 2024-05-03
Baxış sayı: 1341
Vakansiya № 1012067
Şəhər:
Bakı
C&S Group HR Departamentinə “İnsan resursları üzrə kiçik mütəxəssis” vakansiyasını açıq elan edir.
Əsas vəzifə və öhdəliklər:
- AR-nın Əmək Qanunvericiliyinə uyğun sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
- Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların və xasiyyətnamələrin verilməsi;
- Yazılı əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
- Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən, işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır.
Namizədə tələblər:
- Ali təhsil;
- 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dili bilikləri mütləqdir;
- İnzibati sahədə iş təcrübəsi;
- Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel);
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
- AR Əmək məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi;
- Nahar vaxtı 13:00-14:00;
- Əmək haqqı: 500 AZN
- Ünvan: Zərifə Əliyeva 55, Yeni Hayat Plaza.
Namizədlərdən CV-lərini "İnsan resursları üzrə kiçik mütəxəssis" başlığı ilə office@csgroup.az email ünvanına göndərmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
İR üzrə kiçik mütəxəssis | Azdizayn Group MMC | 2024-11-16 - 2024-12-16 |