İnsan Resursları üzrə Menecer / HR Manager
VMF Company
Müddət: 2026-08-24 - 2026-09-24
Baxış sayı: 72
Vakansiya № 1015717
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri
- HR Proseslərinin İdarə Edilməsi: Şirkətdə işə qəbul, adaptasiya (onboarding), rotasiya, vəzifə dəyişiklikləri və işdənçıxarma proseslərinin AR Əmək Qanunvericiliyinə tam uyğun şəkildə sıfırdan qurulması və idarə edilməsi.
- Kadr Kargüzarlığı və Audit: ƏMAS (e-gov) alt sisteminin idarə edilməsi, əmək kitabçalarının yazılması, şəxsi işlərin formalaşdırılması və kadr sənədləşməsinin daxili auditinin keçirilməsi.
- Strateji Planlaşdırma və Məzuniyyət: Şirkət üzrə illik məzuniyyət qrafiklərinin optimallaşdırılması, istehsalat təqviminə uyğun planlaşdırılması, uçotunun aparılması və istifadəsinə qəti nəzarət mexanizminin tətbiqi.
- Davamiyyət və Performans Nəzarəti: İşçilərin davamiyyət sisteminin (turniket/ERP) idarə edilməsi, tabel uçotunun dəqiqliyinin təmini və gündəlik davamiyyət/gecikmə hesabatlarının analitik təhlillə rəhbərliyə təqdim edilməsi.
- Daxili İntizam və Struktur: Şirkətdə daxili nizam-intizam qaydalarının tətbiqi, intizam tənbehlərinin qanunvericilik çərçivəsində rəsmiləşdirilməsi; funksional şöbələr üçün vəzifə təlimatlarının (Job Descriptions) hazırlanması və yenilənməsi.
- Kompensasiya və İnzibati HR: Əməkhaqqı layihəsi çərçivəsində bank kartlarının sifarişi, işçilərin icbari sığortalanması prosesinin təşkili və tibbi arayışların yenilənmə qrafikinə nəzarət.
- Komandanın İdarə Edilməsi və Hesabatlılıq: HR komandasına rəhbərlik edilməsi, tapşırıqların bölüşdürülməsi və rəhbərliyin tələb etdiyi strateji HR hesabatlarının (kadr axını, davamiyyət analitikası və s.) hazırlanması.
Bacarıqlar
- HR Strategiyası: Kadr siyasətinin qurulması, vəzifə təlimatlarının yazılması, daxili korporativ mədəniyyətin formalaşdırılması.
- Qanunvericilik: AR Əmək Məcəlləsi (mükəmməl səviyyədə), Hüquqi sənədləşmə.
- Sistemlər və Proqramlar: 1C ERP / 1C Kadr və Əməkhaqqı (8.3), ƏMAS (e-gov) platforması, İSB.
- Ofis Proqramları: MS Excel Word, PowerPoint.
Şəkilli CV-nizi mövzu (subject) yerinə "HR manager" yazaraq hr.office@vmf.az elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə üçün 050-257-80-36
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| İnsan resursları üzrə mütəxəssis (Daşkəsən) | Daşkəsən Dəmir Filiz MMC | 2026-08-07 - 2026-09-07 |