İnsan resursları üzrə mütəxəssis
Azersun Holding Müddət: 2025-04-07 - 2025-05-07
Baxış sayı: 504 Vakansiya № 1013601
Şəhər:

Bakı


İşin təsviri:

Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;
Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;
Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;
İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;
Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;
İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;
Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;
İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;
Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.

Tələblər:

İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı  (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi olmalı (Pərakəndə sektorunda olması üstünlükdür);
Əmək məcələsini, əmək qanunvericiliyini və kadr kargüzarlığını yüksək səviyyədə bilməli;
MS Office proqramlarında və ƏMAS platformasında sərbəst işləmək bacarığı olmalı;
SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;
İngilis və Rus dili bilikləri arzuolunandır;
İşgüzar ünsiyyət, analizetmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı.
İş şərtləri:
Həftə içi 5 gün

İş yeri:
Bakı şəhəri


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.