İnsan resursları üzrə mütəxəssis
MAN-G Design & Construction Müddət: 2026-11-18 - 2026-12-18
Baxış sayı: 100 Vakansiya № 1015973
Şəhər:

Bakı


MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması;
  • İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
  • Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
  • HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • KPI və performans qiymətləndirmə proseslərinin təşkili;
  • Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.

Namizədə dair tələblər:

  • HR sahəsində 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik;
  • İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
  • Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Tam iş günü
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center
  • Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq)

Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq.

Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə cv@man-g.az elektron poçt ünvanına göndərə bilərlər.