İnsan Resursları və Əmək Haqqı Hesablanması üzrə Mütəxəssis
Grand Motors MMC
Müddət: 2026-08-12 - 2026-09-12
Baxış sayı: 22
Vakansiya № 1015678
Şəhər:
Bakı
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İR əməliyyatları və əmək haqqı hesablanması üzrə 2 il iş təcrübəsi;
- Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət);
- Məsuliyyətli, çevik və stressə davamlı olmalı.
Vəzifə öhdəlikləri:
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin
hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; - İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi);
- İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması;
- Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi;
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması);
- Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Hesabatların rəhbərliyə təqdim olunması;
- Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi;
- Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;
- Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
- Müvafiq proqram təminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi;
- Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti (20 Yanvar, Gənclik və Sumqayıt istiqamətlərinə) ;
- Nahar.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq hr-cv@grandmotors.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu kateqoriyada digər vakansiyalar



