İstehsal uçotu üzrə kiçik mütəxəssis
Azprotein Foods Group
Müddət: 2026-08-24 - 2026-09-24
Baxış sayı: 65
Vakansiya № 1015715
Şəhər:
Bakı
“Az Protein Foods Group” MMC “İstehsal uçotu üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır
- Yaş həddi: 23 - 40 yaş
- İstehsalat, anbar, planlama və ya uçot sahəsində ilkin iş təcrübəsi üstünlükdür
- Microsoft Office proqramlarını, xüsusilə Excel-i yaxşı səviyyədə bilmək
- 1C proqramı üzrə ilkin bilik üstünlükdür, lakin məcburi deyil
- Rəqəmlərlə işləmək, məlumatları müqayisə və yoxlama bacarığı
- Diqqətlilik, məsuliyyətlilik və öyrənməyə həvəs
- İstehsal komandası ilə koordinasiyalı işləmək bacarığı
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- İlkin istehsal uçotu sənədlərinin hazırlanmasına dəstək
- Gündəlik istehsal planının hazırlanmasına və icrasının izlənilməsi
- Gündəlik istehsal məlumatlarının toplanması və sistemə daxil edilməsi
- Xammal və material sərfiyyatının izlənilməsi və plan-fakt məlumatlarının müqayisəsi
- Daxili istehsalat tələbnamələrinin və anbarlararası yerdəyişmələrin hazırlanması
- İstehsal və satış üzrə itki / silinmə aktlarının hazırlanması
- 1C və xüsusi istehsal proqramında məlumatların daxil edilməsi və üzləşdirilməsi
- İstehsal, anbar və satış məlumatlarının qarşılıqlı üzləşdirilməsi
- Aylıq inventarizasiya prosesində iştirak və sənədləşmə
- Gündəlik və aylıq istehsal hesabatlarının hazırlanması
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların vaxtında yerinə yetirilməsi.
İş şəraiti
- Əmək haqqı: 600-800 manat (əmək haqqı müsahibə zamanı bilik, bacarıq və uyğun təcrübəyə əsasən təyin ediləcəkdir).
- İş qrafiki: 6 günlük.
- Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar