IT Helpdesk Mütəxəssisi
Zəhmət-Ruzi MMC Müddət: 2026-09-16 - 2026-10-16
Baxış sayı: 79 Vakansiya № 1015795
Şəhər:

Bakı


Əsas tələblər:

  • Ali təhsil (Ali və ya orta ixtisas təhsili (İT, kompüter elmləri, mühəndislik), İT üzrə bakalavr dərəcəsi üstünlükdür;
  • Azərbaycan dili əla, rus dili  və ingilis dil biliyi orta səviyyədə ,
  • Helpdesk / texniki dəstək sahəsində minimum 1–2 il iş təcrübəsi, istehsalat, FMCG və ya distribusiya şirkətində təcrübə üstünlükdür;
  • Windows 10/11 quraşdırma, konfiqurasiya və nasazlıqların aradan qaldırılması;   
  • Kompüter avadanlıqları, printer / MFP, periferiya qurğuları ilə işləmə bacarığı;
  • Microsoft 365 (Outlook, Teams, OneDrive, Exchange Online admin əsasları) bilikləri;
  • Active Directory: istifadəçi, qrup, parol idarəetməsi; GPO anlayışı;
  • Şəbəkə əsasları: TCP/IP, DHCP, DNS, Wi-Fi, VPN.
  • Tiket sistemi ilə iş (məs. GLPI, Jira SM, Freshservice və ya ClickUp);
  • 1C / Mikro ERP istifadəçi səviyyəsində bilik;
  • Barkod skanerləri, etiket printerləri (Zebra və s.), TSD / mobil terminallar;
  • Android cihazların idarə olunması (MDM), SFA mobil tətbiqləri.
  • PowerShell / skriptlə sadə avtomatlaşdırma;
  • Antivirus / EDR konsolları, ehtiyat nüsxə əsasları.

Əsas vəzifə və öhdəliklər:

  • Telefon, e-poçt və tiket sistemi vasitəsilə daxil olan müraciətləri qəbul etmək, qeydiyyata almaq, prioritetləşdirmək;
  • L1/L2 səviyyəli problemləri həll etmək, həll oluna bilməyənləri müvafiq komandaya (Infrastruktur / ERP) eskalasiya etmək;
  • İstifadəçini müraciətin statusu barədə məlumatlandırmaq, həlldən sonra tiketi bağlamaq.
  • İş yerlərinin və avadanlıqların dəstəyi
  • Kompüter, noutbuk, printer, skaner, barkod oxuyucu, etiket printeri və mobil cihazların quraşdırılması və nasazlıqlarının aradan qaldırılması;
  • Windows ƏS və ofis proqramlarının quraşdırılması, yenilənməsi, konfiqurasiyası;
  • Yeni işçilər üçün iş yerinin hazırlanması (onboarding), işdən çıxanlar üçün avadanlığın qəbulu (offboarding).
  • Active Directory və Microsoft 365 hesablarının yaradılması, parol sıfırlanması, qrup və giriş hüquqlarının təsdiq olunmuş sorğu əsasında idarə edilməsi;
  • Poçt qutuları, paylaşılan qovluqlar və VPN girişlərinin dəstəyi.
  • Biznes proqramlarında L1 dəstək
  • 1C ERP, Mikro ERP, Tinda SFA və ClickUp istifadəçilərinə əsas səviyyədə dəstək (giriş, çap, qoşulma, sadə istifadə sualları);
  • Funksional və verilənlər bazası ilə bağlı məsələləri ERP komandasına ötürmək.
  • İT aktivlərinin uçotu
  • Avadanlıq və lisenziyaların inventar reyestrini aktual saxlamaq;
  • Təhvil-təslim aktlarını tərtib etmək, ehtiyat hissələri və sərf materiallarına (kartric və s.) nəzarət etmək.
  • Tez-tez rast gəlinən problemlər üçün təlimat və bilik bazası məqalələri hazırlamaq;
  • Həftəlik / aylıq helpdesk hesabatlarını hazırlamaq.
  • Antivirus, yeniləmə və ehtiyat nüsxə siyasətlərinin iş yerlərində tətbiqinə nəzarət;
  • Şübhəli hadisələri (fişinq, virus) dərhal rəhbərə bildirmək;
  • Rəhbərin verdiyi digər əlaqəli tapşırıqlar.

Təklif etdiyimiz:

  • Motivasiyaedici və dəstəkləyici iş mühiti;
  • Tibbi sığorta;
  • Rahat və stabil iş şəraiti;
  • Nahar təminatı.
  • Korporativ nömrə.

İş şəraiti

CV-lərinizi “IT Helpdesk Mütəxəssisi” başlığı ilə recruitment@sab.az  elektron poçt ünvanına göndərə bilərsiniz.