İT şöbə müdiri
Sağlam Ailə Müddət: 2026-04-16 - 2026-05-16
Baxış sayı: 29 Vakansiya № 1015381
Şəhər:

Bakı


Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin İT strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
  • Biznes məqsədlərinə uyğun texnoloji həllərin planlaşdırılması və tətbiqi;
  • İT infrastrukturu, sistemlər və servis xidmətlərinin fasiləsiz və stabil fəaliyyətini təmin etmək;
  • İnformasiya təhlükəsizliyi siyasətini formalaşdırmaq və nəzarət etmək;
  • İT layihələrinin idarə olunması (planlama, büdcə, icra və nəticələrin ölçülməsi);
  • Rəqəmsallaşma və avtomatlaşdırma proseslərini inkişaf etdirmək;
  • İT büdcəsinin idarə olunması və optimallaşdırılması;
  • Təchizatçılar və texnologiya partnyorları ilə əməkdaşlığın qurulması və idarə edilməsi;
  • Şəbəkə, server infrastrukturu və bulud texnologiyalarının effektiv idarə olunması;
  • Disaster Recovery və Business Continuity planlarının hazırlanması və tətbiqi;
  • İT performans göstəricilərinin (KPI, SLA) müəyyən edilməsi və monitorinqi;
  • İT komandasının formalaşdırılması, inkişafı və idarə olunması;
  • Şirkət daxilində texnoloji transformasiya proseslərinə liderlik etmək.

Namizədə tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə); 
  • İT sahəsində minimum 6–8 il iş təcrübəsi (ən azı 2–3 il rəhbər vəzifədə);
  • İT strategiya, infrastruktur və layihə idarəetməsi üzrə güclü təcrübə;
  • Şəbəkə sistemləri, serverlər, məlumat bazaları (SQL və s.) üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi və risklərin idarə olunması üzrə anlayış;
  • Cloud texnologiyaları (AWS, Azure və s.) üzrə biliklər üstünlükdür;
  • Analitik düşüncə və qərarvermə bacarığı;
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları;
  • Yüksək kommunikasiya və təqdimat bacarıqları;
  • Azərbaycan və Rus dillərini sərbəst bilməsi (İngilis dili üstünlükdür).

Təklif olunur:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; 
  • Rəqabətli əmək haqqı (müsahibə əsasında);
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Korporativ mühit və güclü komanda;
  • Tibbi xidmətlərdə güzəştlər.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İT şöbə müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.


Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları