Kadrlar üzrə mütəxəssis
B2B Group MMC
Müddət: 2023-12-15 - 2024-01-15
Baxış sayı: 1086
Vakansiya № 1011748
Şəhər:
Bakı
İş barədə məlumat:
- Əmək münasibətlərinin qanunvericiliyə uyğun olaraq idarə edilməsi (Ştat və struktur əməliyyatları, işə qəbul,işdən azad etmə, bir işdən başqa işə keçirmə, əmək müqavilələrinin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi, bu fəaliyyətlərlə bağlı ƏMAS-da əməliyyatların icrası);
- Əmək kitabçalarında qeydlərin aparılması, işçilərin şəxsi işlərinin hazırlanması, əlavələrin edilməsi;
- ERP-də işçilər barədə elektron məlumat bazasının formalaşdırılması, mütəmadi olaraq əlavə və düzəlişlərin edilməsi;
- Tabel cədvəlinin tərtib edilməsi;
- Məzuniyyətlərin, ezamiyyətlərin, xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi;
- İntizam tənbehləri və mükafatlandırmaların rəsmiləşdirilməsi;
- Əmək haqqı kartlarının sifarişi;
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığorta olunması (İSB.AZ);
- Müəssisənin işçi ehtiyaclarına uyğun kadrlarla təmin olunması istiqamətində müvafiq işlərin görülməsi, işə qəbul prosesinin idarə olunması;
- İşçilər barədə arayış, xasiyyətnamə və s. zəruri sənədlərin verilməsi;
- Kadr inzibatçılığına dair digər işlər.
Namizədə tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il təcrübə
- Yaş həddi: 25-40
- Yaxşı səviyyədə kompüter bilikləri. Xüsusilə MS Word, Excel, Outlook, ERP, ƏMAS, İSB.AZ
- Məsuliyyətli, dəqiq, kollektivdə işləmə bacarığı.
Qeyd olunan tələblərə cavab verirsinizsə mövzu hissəsinə "Kadrlar üzrə mütəxəssis" qeyd etməklə hr@b2bgroup.az elektron ünvanına CV göndərməyiniz xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Kargüzar | Zeytun Pharmaceuticals | 2025-12-08 - 2026-12-08 |