Kargüzarlıq üzrə mütəxəssis
Atəşgah Sığorta
Müddət: 2025-09-23 - 2025-10-23
Baxış sayı: 1438
Vakansiya № 1014670
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətə daxil olan sənədlərin qeydiyyatını aparmaq, rəhbərliyə dərkənar üçün təqdim edmək, aidiyyəti şəxslərə sənədləri çatdırmaq;
- Xaric olan məktubları müvafiq qaydada işləyib, qeydiyyata almaq, göndərilməsini təşkil etmək;
- Şirkətin daxili normativ sənədlərinin və müqavilələrin razılaşdırılmasını həyata keçirmək;
- Etibarnamələrin qeydiyyatını aparmaq;
- Sənədlərin göndərilməsini təşkil etmək;
- Möhürlərin qeydiyyatını aparmaq;
- Tərcümə şirkətləri ilə iş aparmaq, sənədləri tərcüməyə təqdim etmək və təhvil almaq;
- Birbaşa rəhbərin tapşırıqlarını yerinə yetirmək.
- Sığorta və Bank sahəsində kargüzarlıq üzrə təcrübəyə malik olanlara üstünlük verilir.
Tələblər:
- Təhsil: Ali hüquq təhsil
- İş təcrübəsi: kargüzarlıq sahəsində və ya arxiv idarəsində olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
- Microsoft Office (Word, Excel, Power Point proqramları), Arxiv proqramları bilikləri
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: müsahibə əsnasında bildiriləcək
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/ateshgah/ateshgah-karguzarliq-uzre-mutexessis-6816/apply?source=JobSearch
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Tibbi və səfər sığortası departamentinin rəhbəri | Paşa Sığorta | 2026-06-02 - 2026-07-02 |





