Kart məhsulları biznesi şöbəsində köməkçi
AccessBank
Müddət: 2025-04-02 - 2025-05-02

Baxış sayı: 352
Vakansiya № 1013550
Şəhər:
Bakı
İşin təsviri:
- Kart məhsulları üzrə müştəri tələblərini və yeni trendləri müəyyənləşdirmək üçün bazar təhlili aparılması.
- Kart məhsullarının şərtlərinin və funksionallığının daxili şöbələrlə (IT, marketinq, risk idarəetməsi) razılaşdırılması.
- Mövcud kart məhsullarının göstəricilərinin qiymətləndirilməsi.
- Mövcud məhsulların təkmilləşdirilməsi və yenilənməsi üçün təkliflərin hazırlanması.
- Kart məhsullarının optimallaşdırılması üçün müştərilərdən və tərəfdaşlardan geri bildirimlərin toplanması.
- Kart istifadəçiləri üçün aksiyalar, bonus proqramları və sadiqlik təkliflərinin hazırlanması.
- Marketinq fəaliyyətlərinin effektivliyinin izlənməsi və təhlili.
- Kart məhsulları ilə istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün həllərin hazırlanması və tətbiqi.
- Kart məhsullarının iş nəticələrinə dair hesabatların tərtib edilməsi.
- Rəhbərlik tərəfindən verilən digər işlərin icrası.
Tələblər:
- Ali təhsil.
- Sərbəst Azərbaycan və Rus dili bilikləri, İngilis dili arzuolunandır.
- MS Office proqramlarında işləmək bacarığı.
- Məsuliyyət və detallara qarşı diqqət.
- Komandada işləmək bacarığı.
- Təzyiq və stress altında işləmə bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/accessbank/accessbank-kart-mehsullari-biznesi-sobesinde-komekci-87169/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları