Kiber hücumların simulyasiyası üzrə mütəxəssis
Unibank Kommersiya Bankı
Müddət: 2025-04-17 - 2025-05-17

Baxış sayı: 191
Vakansiya № 1013696
Şəhər:
Bakı
İşin təsviri:
- Təşkilatın veb resurs və mobil tətbiqlərində (İOS, Android) və servislərində təhlükəsizlik boşluqlarına qarşı davamlı olaraq sınaqların keçirilməsi;
- Boşluqların bağlanılmasına nəzarət edilməsi;
- Aşkar edilən boşluqlar haqqında maarifləndirici hesabatların hazırlanması;
- Dövri olaraq simulyasiya testlərinin yerinə yetirilməsi;
- Yeni layihələrdə və təqdim olunan servislərdə boşluqların aşkar edilməsi;
- Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə yaradılan təhlükəsizlik sistemlərinin dayanıqlığını sınamaq.
Tələblər:
- Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizlik,Kompüter Elmləri üzrə);
- Kiber hücumların simulyasiyası sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi;
- OWASP Top 10 boşluqlarının aşkar edilməsi və istismarı üzrə bilik və təcrübə;
- Tapılmış boşluqların nümayişi üçün "PoC exploit" tərtibatı bacarığı;
- Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi;
- Digər Proqramlar: Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s. testinq alət və frameworks ilə təcrübə;
- Bash, Python, Javascript, C++, Powershell və s. dillərdən istifadə edərək avtomatlaşdırılmış test üsulları üçün skriptləri nəzərdən keçirmək, dəyişdirmək və yaratmaq bacarığı;
- Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı;
- Qərarvermə bacarığı;
- Peşəkar Sertifikatlara üstünlük verilir (eMapt,OSCP,OPWE,eWPT və s.)
- Rus dili biliyi üstünlükdür;
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/unibank/unibank-kiber-hucumlarin-simulyasiyasi-uzre-mutexessis-45469/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları