Kiçik interyer dizayner
Baku Electronics LTD
Müddət: 2026-02-16 - 2026-03-16
Baxış sayı: 351
Vakansiya № 1015228
Şəhər:
Bakı
Vəzifə funksiyaları:
- Mağaza planlarını təhlil etmək və kommersiya komandasına uyğun olaraq yeni stendlərin yerləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Stendlər üçün texniki tələblərin müəyyən edilməsi: elektrik xətləri, işıqlandırma, LAN/data bağlantıları, mexaniki və konstruktiv tələblər və s.;
- Vendorlar və mağaza texniki komandası ilə koordinasiya edərək stendlərin düzgün quraşdırılmasını təmin etmək;
- Material seçimi, istehsal və quraşdırma mərhələlərində texniki dəstək göstərmək;
- Yeni mağazaların açılışı, relokasiya və renovasiya layihələrində dizayndan icraya qədər bütün proseslərdə iştirak etmək;
- Kommersiya, retail və marketinq komandaları ilə mütəmadi əməkdaşlıq edərək layihələrin vaxtında icrasını təmin etmək;
Tələblər:
- Memarlıq və ya İnteryer Memarlığı üzrə bakalavr dərəcəsi;
- AutoCAD proqramında sərbəst işləmə bacarığı;
- Elektrik, işıqlandırma və quraşdırma prosesləri üzrə texniki biliklər;
- Sahədə işləmə və texniki koordinasiya aparmaq bacarığı;
- Kommunikasiya və problem həll etmə bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və təşkilatçılıq qabiliyyətlərinə malik olmaq;
- Dil biliyi: İngilis dili-orta.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis | Baku Electronics LTD | 2026-03-17 - 2026-04-17 |





