Kiçik mütəxəssis / Daxili kommunikasiya üzrə mütəxəssis
Baku Steel Company Müddət: 2025-06-17 - 2025-07-17
Baxış sayı: 273 Vakansiya № 1014110
Şəhər:

Bakı


İşin təsviri (səviyyədən asılı olaraq):

  • Daxili kommunikasiya strategiyasının hazırlanmasında və icrasında iştirak;
  • Şirkətdaxili xəbərlərin, elanların və rəhbərlik mesajlarının hazırlanması və yayılması;
  • Daxili tədbirlərin təşkili və koordinasiyası;
  • Intranet, daxili e-poçt və digər platformalar üçün kontentin hazırlanması;
  • Korporativ mədəniyyətin gücləndirilməsi və əməkdaşların cəlb olunması ilə bağlı təşəbbüslərin təşviqi;
  • Daxili kommunikasiya fəaliyyətləri üzrə müntəzəm hesabatların hazırlanması.

Tələblər:

  • Kommunikasiya, PR, HR və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərini yazılı və şifahi şəkildə sərbəst bilmək;
  • Ofis proqramlarından sərbəst istifadə bacarığı (MS Office);
  • Kiçik mütəxəssis üçün: təşəbbüskarlıq, daxili kommunikasiyaya maraq, öyrənməyə həvəs, yazılı ifadə və təşkilatçılıq bacarıqları;
  • Mütəxəssis üçün: daxili kommunikasiya, PR və ya korporativ mədəniyyət sahəsində azı 2 il iş təcrübəsi.

Üstünlük sayılır:

  • Vizual və mətn əsaslı materiallarla işləmək bacarığı;
  • İşgüzar etiket və effektiv komanda işi prinsiplərinə dair biliklər.

Biz nə təklif edirik:

  • Böyük bir şirkətin korporativ mədəniyyətinə real təsir göstərmək imkanı;
  • Töfhəsi dəyərləndirilən, güclü komanda ruhuna sahib iş mühitində çalışma şansı;
  • Aydın məqsədlər, peşəkar inkişaf imkanları və mehriban kollektiv.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Müraciət et