Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinin mütəxəssisi
ABB Bank Müddət: 2024-12-26 - 2025-01-30
Baxış sayı: 629 Vakansiya № 1012725
Şəhər:

Bakı


İşin təsviri:

  • KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
  • Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
  • KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
  • Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq.

Tələblər:

  • Ali iqtisadi təhsilinə;
  • Satış üzrə 1-3 il iş təcrübəsinə;
  • Azərbaycan dilini səlis biliklərinə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

    Müraciət üçün link: https://careers.abb-bank.az/cabinet/auth/login