Komplayns şöbəsinin Hüquqşünası/Ekspert
Unibank Kommersiya Bankı
Müddət: 2025-10-01 - 2025-11-01

Baxış sayı: 186
Vakansiya № 1014706
Şəhər:
Bakı
İşin təsviri:
- Bankın normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
- Bankın məhsul və xidmətlərinin ölkədaxili qanunvericiliyə, qaydalara və beynəlxalq standartlara uyğunluğuna dair rəy verilməsi;
- Komplayens məsələləri ilə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
- Biznes və əlaqəli digər departamentlərdən/funksiyalardan daxil olmuş komplayens tələblərinə dair sorğuların cavablandırılması;
- Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
- Bankda mövcud proseslərin avtomatlaşdırılmasında regulativ və bankdaxili tələblərə uyğunluğun təmin edilməsi və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
- Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək göstərilməsi;
- Maraqlar toqquşması hallarına dair risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
- Komplayens ilə bağlı məsələlərin bank əməkdaşlarına düzgün kommunikasiyasının təmin edilməsi;
- Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və müvafiq hesabatların hazırlanması;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, zəruri addımların atılması;
Tələblər:
- Hüquq sahəsində ali təhsilinin olması;
- Müvafiq sahə üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının hüquqi aktlarının bilməsi;
- Hüquqi sənədlərin tərtibi, sistemləşdirilməsi və uçotu qaydaların bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
- İngilis, Rus dillərinin orta səviyyədə bilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Tapşırığı effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və yerinə yetirmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Komplayens şöbəsinin mütəxəssisi | Falcon Finance | 2025-09-29 - 2025-10-29 |
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları