Korporativ kreditlər üzrə Kiçik Mütəxəssis
Unibank Kommersiya Bankı
Müddət: 2025-09-25 - 2025-10-25
Baxış sayı: 1001
Vakansiya № 1014678
Şəhər:
Bakı
İşin təsviri:
- Kiçik və Orta Biznes (KOB) aid olan müştərilərin cəlb edilməsi;
- Təsdiq olunmuş bank daxili qaydalara və prosedurlara uyğun olaraq korporativ müştərilərin kredit məhsulları/xidmətləri üzrə ərizələrinin qəbulu, müştərilərin maliyyə təhlili və fəaliyyətlərinin qiymətləndirilməsini keçirmək;
- Kredit üzrə ödənişlərin və komissiya haqqlarının vaxtında ödənilməsinə nəzarət etmək;
- Korporativ müştərilərə cari məsələlərlə bağlı məsləhətlərin verilməsi;
- Müştərilərlə görüşlərin təşkili, onların biznes ehtiyaclarının öyrənilməsi və uyğun kredit məhsullarının təqdim edilməsi;
- Kredit portfelinin idarə olunması, mövcud müştərilərin monitorinqi və kreditlərin geri ödənişinə nəzarət etmək.
Tələblər:
- Аli təhsil;
- Bank işi və iqtisadi nəzəriyyəni bilmək;
- Korporativ davranış normaları ilə tanışlıq;
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı;
- Korporativ müştərilərin kredit ərizələrinə baxmaq və təhlil etmə qabiliyyəti;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Microsoft Office-in əsas proqramlarında işləmək bacarığı (Word, Excell, Power Point, Outlook Express və s.);
- Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dillərində yaxşı səviyyədə bilik üstünlükdür.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar