Kredit İdarəsinin Kiçik və orta sahibkar (KOS) kreditlərinin təhlili şöbəsi
Xalq Bank
Müddət: 2025-06-23 - 2025-07-23

Baxış sayı: 139
Vakansiya № 1014152
Şəhər:
Bakı
İşin təsviri:
- Kredit İdarəsinə daxil olmuş biznes kreditləri üzrə müraciətlərin təhlil edilməsi;
- Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının Kredit şöbəsinin əməkdaşlarına maliyyə təhlili üzrə lazımi məsləhətlərin verilməsi;
- Zərurət yarandıqda kredit sifarişini edən müştərilərlə görüşlər keçirmək;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə etməklə müxtəlif ssenarilərin təhlili və simulyasiyanın edilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Biznes kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
- Analoji sahədə (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Bu şirkətin digər vakansiyaları