Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi
Expressbank Müddət: 2023-12-13 - 2024-01-13
Baxış sayı: 289 Vakansiya № 1011731
Şəhər:

Bakı


Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Vəzifə öhdəlikləri:

  • Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərinin və limitlərin anderraytinqini təmin etmək;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək;
  • Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanması;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq.

Tələblər:

  • Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
  • Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;
  • İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;

Müraciət üçün link: https://qlor.me/lq2khlcr4c


Bu kateqoriyada təlim və seminarlar