Maliyyə Auditi
Sirab Müddət: 2026-10-20 - 2026-11-20
Baxış sayı: 19 Vakansiya № 1015886
Şəhər:

Bakı


Vəzifənin məqsədi

  • Şirkətin maliyyə və kommersiya əməliyyatlarının düzgünlüyünü, şəffaflığını və daxili nəzarət mexanizmlərinə, biznes proseslərinə və struktur bölmələrinin fəaliyyətinə müstəqil nəzarətin həyata keçirilməsi, maliyyə itkiləri, mənimsəmə və digər sui-istifadə risklərin müəyyən edilməsi, maliyyə və əməliyyat intizamının qiymətləndirilməsi, eləcə də fəaliyyətin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin maliyyə əməliyyatlarının, gəlir və xərclərinin, ödənişlərin, hesablaşmaların və maliyyə sənədlərinin yoxlanılması.
  • Mühasibat uçotu məlumatlarının, ilkin sənədlərin, müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin düzgünlüyünün və uyğunluğunun yoxlanılması.
  • Büdcəyə riayət olunmasına, xərclərin əsaslandırılmasına və maliyyə resurslarından səmərəli istifadəyə nəzarət edilməsi.
  • Şirkətin bütün struktur bölmələrinin və departamentlərinin fəaliyyətinin müəyyən edilmiş prosedur, qayda və daxili siyasətlərə uyğunluğunun yoxlanılması.
  • Satınalma, anbar, logistika, satış, insan resursları və digər əməliyyat bölmələrində proseslərin, sənədləşmənin və nəzarət mexanizmlərinin qiymətləndirilməsi.
  • Mal-material qalıqlarının, inventarların, əsas vəsaitlərin və digər şirkət aktivlərinin uçotunun və faktiki mövcudluğunun yoxlanılması.
  • Müqavilə öhdəliklərinin, təsdiq prosedurlarının, səlahiyyət bölgüsünün və daxili qaydaların icrasına nəzarət edilməsi.
  • Maliyyə itkiləri, əsassız xərclər, uyğunsuzluqlar, sui-istifadə ehtimalları və əməliyyat risklərinin müəyyən edilməsi və araşdırılması.
  • Daxili nəzarət sistemindəki boşluqların aşkar edilməsi, risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması.
  • Audit yoxlamalarının nəticələri üzrə hesabatların, aşkar edilmiş nöqsanların və düzəldici tədbirlərin təqdim edilməsi.
  • Əvvəlki audit yoxlamaları nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətinin izlənilməsi.
  • Rəhbərliyin tapşırığı əsasında xüsusi yoxlamaların və xidməti araşdırmaların aparılması.

Namizədə dair tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit və ya müvafiq sahə üzrə ali təhsil.
  • Daxili audit, maliyyə nəzarəti, mühasibat uçotu və ya risklərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi.
  • Maliyyə hesabatları, mühasibat uçotu prinsipləri və maliyyə-təsərrüfat əməliyyatları üzrə biliklər.
  • Daxili nəzarət sistemləri, risklərin qiymətləndirilməsi və audit metodologiyaları barədə anlayış.
  • Müqavilələrin, ilkin uçot sənədlərinin və əməliyyat sənədləşməsinin təhlili bacarığı.
  • MS Excel proqramı ilə sərbəst işləmək və böyük həcmli məlumatları təhlil etmək bacarığı.
  • Analitik düşünmə, detallara diqqət, obyektivlik və sistemli yanaşma.
  • Müstəqil işləmək, problemləri müəyyənləşdirmək və əsaslandırılmış həll təklifləri vermək bacarığı.
  • Yüksək etik davranış, məxfilik prinsiplərinə riayət və peşəkar ünsiyyət bacarığı.

Üstünlük hesab olunur:

  • ACCA, CIA, CIMA və ya digər müvafiq peşəkar sertifikatların olması və ya bu istiqamətdə təhsil.
  • ERP və mühasibatlıq proqramları ilə iş təcrübəsi.
  • Satınalma, anbar, logistika, satış və digər əməliyyat proseslərinin auditi üzrə təcrübə.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət; xarici dil bilikləri əlavə üstünlükdür.

İş vaxtının norması:

  • 09:00-17:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;

İş yeri:

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Bu şirkətin digər vakansiyaları