Maliyyə departamentində Baş mütəxəssis
Baku Steel Company
Müddət: 2026-02-18 - 2026-03-18
Baxış sayı: 65
Vakansiya № 1015240
Şəhər:
Bakı
İşin qısa təsviri:
- Şirkətin maliyyə hesabatlarının düzgün, şəffaf və vaxtında hazırlanmasını təmin etmək, istehsal fəaliyyətinin maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə analitik dəstək göstərmək.
Əsas vəzifə və məsuliyyətlər:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının tərtibi və təhlili;
- IFRS və ya milli uçot standartlarına uyğun uçot siyasətinin tətbiqinə nəzarət;
- Hesab qalıqlarının düzgünlüyünün yoxlanılması və uzlaşdırmaların aparılması;
- Konsolidasiya prosesində iştirak və konsolidə edilmiş hesabatların hazırlanması;
- Daxili və xarici audit proseslərində iştirak, auditor sorğularının cavablandırılması;
- Birbaşa və dolayı xərclərin strukturunun təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Tələblər
Təhsil:
- Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə:
- Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi;
- İstehsal sektorunda təcrübə üstünlükdür;
Texniki biliklər:
- IFRS bilikləri – mütləq;
- SAP (FI, CO modulları) – üstünlük;
- Yüksək səviyyədə Excel bilikləri;
- Power BI ilə işləmə bacarığı;
Sertifikatlar:
- ACCA, CPA, CFA və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;
Dil bilikləri:
- Azərbaycan dili – ana dili;
- İngilis və rus dili – arzuolunandır;
Şəxsi keyfiyyətlər:
- Analitik düşünmə və hesabat hazırlama bacarığı;
- Təqdimat bacarığı;
- Yüksək məsuliyyətlilik;
- Detallara diqqət;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar





