Maliyyə effektivliyinin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Unibank Kommersiya Bankı
Müddət: 2025-01-28 - 2025-02-28

Baxış sayı: 141
Vakansiya № 1013041
Şəhər:
Bakı
İşin təsviri:
- Biznes blokları və məhsullar üzrə xərclərin təhlili və optimal şəkildə bölgüsünün təmin edilməsi;
- “Activity-based costing” əsasında dövrü hesabatların hazırlanması və tövsiyələrin təqdim edilməsi;
- Biznes məhsulları və layihələr üzrə effektivlik təhlilinin aparılması;
- Qərarvermə mərhələsinə dəstək məqsədiylə əsas fəaliyyət göstəricilərin (KPI) təhlil edilməsi;
- Qiymətləndirmə, planlaşdırılma və proqnozlaşdırmaya dəstək məqsədli maliyyə modellərinin yaradılması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması üzrə);
- Kredit/qeyri-kredit istiqaməti üzrə iş təcrübəsi 1-3 ilədək;
- Azərbaycan şifahi, yazılı ünsiyyət bacarığı (İngilis, rus dili arzu olunandır);
- MS Office (xüsusilə Excel) proqramlarından sərbəst istifadə bacarığı;
- Oracle SQL -dən istifadə bacarığı arzuolunandır;
- Yüksək səviyyədə analitik və strateji təhlil qabiliyyəti;
- Maliyyə hesabatlarının təhlili, layihələrin qiymətləndirilməsi üzrə praktiki biliklər.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/unibank/unibank-maliyye-effektivliyinin-idare-edilmesi-sobesinin-bas-mutexessisi/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları