Maliyyə (Kənar) Auditi üzrə Mütəxəssis
AzTelco Group LLC Müddət: 2025-06-12 - 2025-07-12
Baxış sayı: 147 Vakansiya № 1014086
Şəhər:

Bakı


İşin təsviri:

  • Maliyyə, əməliyyat və uyğunluq riskləri də daxil olmaqla, biznes fəaliyyətləri ilə bağlı potensial riskləri müəyyənləşdirmək və qiymətləndirmək;
  • Daxili nəzarət mexanizmlərinin dizaynını və effektivliyini qiymətləndirmək, müvafiq tövsiyələr vermək;
  • “Fraud” hallarının araşdırılması və müvafiq hesabatının hazırlanması;
  • Proseslərin qanunvericiliyə, daxili qaydalara və ən yaxşı təcrübələrə uyğunluğunu təhlil etmək və qiymətləndirmək;
  • Tapıntılar, əsas səbəblər və tətbiq edilə bilən tövsiyələr əsasında əhatəli audit hesabatları və audit rəyləri hazırlamaq;
  • Audit standartlarına uyğunluğun və iş keyfiyyətinin təmin olunması məqsədilə vəzifəsi daha aşağı olan komanda üzvləri tərəfindən görülən işləri nəzərdən keçirmək və təsdiq etmək;
  • Bizneslə bağlı trendləri, audit standartları və metodologiyası ilə bağlı yeniliklərdən daim xəbərdar olmaq;
  • Audit layihələri, tapıntıları və tövsiyələrinin ətraflı şəkildə sənədləşməsini təmin etmək;
  • Audit sənədlərinin gələcək istinad edilə bilməsi üçün düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
  • Audit layihələri zamanı əldə olunmuş həssas məlumatların məxfiliyini qorumaq və bu sahədə yüksək etik davranış nümayiş etdirmək;
  • Etik kodeksin prinsiplərinə və təşkilatın daxili siyasətlərinə riayət etmək.

Tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Korporativ mühitdə iş təcrübəsi;
  • Azərbaycan, ingilis dillərini mükəmməl bilmək (rus dili biliyi üstünlükdür);
  • MS PowerPoint təqdimatlarını hazırlama bacarığı;
  • MS Word və Excel proqramlarını yaxşı dərəcədə bilmək;
  • Tapşırıqların idarə edilməsi və əməkdaşlıq üçün Microsoft Planner-də səriştəlilik.

Səriştələr:

  • Komanda işi və əməkdaşlıq;
  • Nəticə yönümlülük;
  • Təqdimat bacarığı;
  • Danışıqlar apara bilmək qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı;
  • Detallara diqqət yetirmə qabiliyyəti;
  • Diqqətli və məsuliyyətli;
  • Vaxtın idarə olunması.

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Maliyyə (Kənar) Auditi üzrə Mütəxəssis” başlığı ilə career@aztelco.az  elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.


Bu kateqoriyada digər vakansiyalar