Bakı
ABB Mərkəzi Xəzinədarlıq Departamenti Maliyyə qurumları və investorlarla iş şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Maliyyə qurumları ilə əməkdaşlığın yaradılması;
- Bankımız üçün maliyyə qurumlarında nostro hesabların açılması;
- Maliyyə qurumlarından daxil olan müxtəlif sorğuların cavablandırılması;
- Reytinq agentliklərinə maliyyə hesabatlarının hazırlanaraq təqdim olunması;
- Maliyyə qurumları üçün ABB-də loro hesabların açılması;
- Maliyyə qurumlarına sindikasiya kreditlərin və kredit xətlərinin ayrılması ilə əlaqədar müvafiq işlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
- Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilən;
- İnduktiv və analitik təhlil bacarığı olan;
- Təqdimetmə bacarığlı olan;
- Təqdimat və ünsiyyət bacarığı olan;
- Bank sahəsində minimum 1 il iş təcrübəsi olan.
Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.