Maliyyə üzrə baş mütəxəssis
ATS FOOD
Müddət: 2026-05-18 - 2026-06-18
Baxış sayı: 17
Vakansiya № 1015447
Şəhər:
Sumqayıt
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- Xarici audit prosesinin koordinasiyası və auditor sorğularının operativ cavablandırılması;
- Audit üçün tələb olunan maliyyə məlumatlarının, working file-ların və supporting sənədlərin hazırlanması;
- IFRS standartlarına uyğun maliyyə məlumatlarının təhlili və təqdim olunması;
- Baş kitab (GL), balans, gəlir və zərər hesabatı və digər maliyyə hesabatlarının yoxlanılması;
- Audit zamanı aşkar olunan irad və düzəlişlərin izlənilməsi və icrasına nəzarət etmək;
- Maliyyə hesabatları üzrə analitik təhlillərin aparılması və rəhbərliyə təqdim edilməsi;
- Tənzimləyici qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak etmək;
- Maliyyə proseslərinin təkmilləşdirilməsi və daxili nəzarət prosedurlarının gücləndirilməsi üzrə təkliflər vermək;
- Maliyyə departamentinin digər gündəlik fəaliyyətlərinə dəstək göstərmək.
Tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya Audit sahəsində);
- İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 3-5 il iş təcrübəsi;
- Xarici audit və ya Big4 ilə iş təcrübəsinin olması üstünlükdür;
- IFRS bilikləri mütləqdir;
- Seritikat: ACCA, CIMA, FMVA və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür.
- Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (Yaxşı);
- Digər səriştələr: ERP proqramları üzrə təcrübəyə malik olmalıdır. Excel, Word, Outlook proqramlarında yüksək səviyyədə işləməyi bacarmalıdır.
İş qrafiki:
- 5 günlük qrafik
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Maliyyə üzrə baş mütəxəssis” başlığı ilə s düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Bu kateqoriyada digər vakansiyalar





