Maliyyə üzrə Baş mütəxəssis
Home Finance BOKT Müddət: 2026-07-20 - 2026-08-20
Baxış sayı: 39 Vakansiya № 1015595
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə əməliyyatlarının uçotu, monitorinqi və maliyyə nəzarətinin təmin edilməsi;
  • Maliyyə hesabatlarının (gəlir-xərc, pul axını, balans göstəriciləri və s.) hazırlanması və təhlili;
  • Büdcə planlaşdırılması, icranın izlənilməsi və kənarlaşmalar üzrə analitik hesabatların təqdim olunması;
  • Vergi, DSMF və Statistika üzrə maliyyə məlumatlarının hazırlanmasında iştirak;
  • Maliyyə göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabat və rəylərin təqdim edilməsi;
  • Vergi və digər dövlət orqanlarından daxil olan maliyyə xarakterli sorğuların izlənilməsi və cavablandırılmasında iştirak;
  • 1C (8.3) proqram təminatında maliyyə əməliyyatlarının düzgün əks olunmasına nəzarət;
  • Qanunvericilikdə maliyyə və vergi ilə bağlı dəyişikliklərin izlənilməsi və tətbiqi;
  • Daxili maliyyə nəzarəti və risklərin qiymətləndirilməsində iştirak;

Tələblər:

  • Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə sahəsində minimum 2–3 il iş təcrübəsi (Bank və ya BOKT sektoru üzrə təcrübə üstünlükdür);
  • Maliyyə hesabatlarının hazırlanması və analizi üzrə praktiki biliklər;
  • 1C (8.3) proqramında işləmə bacarığı;
  • MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Maliyyə göstəricilərini analitik təhlil etmək, nəticə çıxarma və təqdimetmə bacarığı;
  • Vergi Məcəlləsi və maliyyə ilə əlaqəli normativ sənədlər üzrə baza biliklər;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı mütləqdir.
  • Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.

İş barədə məlumat:

  • Əmək haqqı: 1200 AZN + Bonus
  • İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Komfortlu ofis mühiti və peşəkar komanda
  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

CV-lərinizi “Maliyyə üzrə Baş mütəxəssis” başlığı altında hr@homefinance.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.