Maliyyə üzrə mütəxəssis
METAK
Müddət: 2023-12-21 - 2024-01-21
Baxış sayı: 447
Vakansiya № 1011767
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Büdcə və investisiya planının hazırlanması üçün məlumatların yığılması, emalı və təhlili, büdcənin hazırlanmasında birbaşa iştirak;
- Büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə edilməsi və hesabatların aylıq olaraq hazırlanması;
- Maliyyə nəzarətinin həyata keçirilməsi üçün məlumatların yığılması və emalı, yayınmalar üzrə təhlinin aparılması və hesabatların təqdim olunması;
- Maliyyə hesabatlarının hazırlanması və təqdim olunması;
- Davamlı istehsal üzrə maya dəyəri və istehsal hesabatlarının hazırlanması, statistik yayınmaların təhlili;
- İnvestisiya və tender qiymətləndirməsi;
- Hesabatların təkmilləşdirilməsi prosesində iştirak.
Tələblər:
- Ali təhsil (mühasibat uçotu, iqtisadiyyat, maliyyə, audit);
- 1-3 il müvafiq iş təcrübəsi;
- Microsoft Office (Excel və PowerPoint mütləq, POWER BI arzuolunandır) proqramlarında işləmə bacarığı;
- ACCA/CFA/CİMA sertifikatlarının olması arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət qabiliyyəti;
- Yüksək analitik qabiliyyət, detallara fokus, kritik düşüncə tərzi və nəticə yönümlü işləmək bacarığı.
Təklif etdiyimiz:
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/187 linki üzərindən 30.12.2023–cü il tarixinə kimi müraciət edə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Kiçik mühasib | METAK | 2026-10-16 - 2026-11-16 |