Marketinq şöbəsinin rəhbəri
Barattson Müddət: 2026-09-29 - 2026-10-29
Baxış sayı: 41 Vakansiya № 1015821
Şəhər:

Bakı


Barattson  “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir:

 

Əsas vəzifə öhdəlikləri: 

  • Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam  kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
  • AI və müasir marketinq alətlərindən istifadə etməklə marketinq proseslərinin effektivliyinin artırılması;
  • Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə  olunması;
  • Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
  • Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması;
  • Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək;
  • Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək;
  • Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək;
  • Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
  • Marketinq komandasını  peşəkarcasına idarə etmək və kreativ  mühit yaratmaq;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

                                               

Əsas tələblər:   

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır);
  • Marketinq menecer/rəhbər üzrə ən azı 5 il iş təcrübəsi;
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili mükəmməl;
  • Strateji düşünmə və analitika bacarığı;
  • Çevik işləmək bacarığı. 

 

Əmək haqqı:  Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.

İş qrafiki: 5 iş günü, saat 10:00 – 19-00

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.