Marketinq üzrə mütəxəssis
Facility Management Group
Müddət: 2026-02-18 - 2026-03-18
Baxış sayı: 58
Vakansiya № 1015241
Şəhər:
Bakı
Təsvir
- Əmlak və xidmətlərə aid marketinq kommunikasiya layihələrinin idarə edilməsi;
- Əmlak layihələri və xidmətlər üzrə marketinq strategiyaları və fəaliyyət planlarının hazırlanması və icrasında iştirak;
- Əmlak bazarı, auditoriya, rəqiblər, tərəfdaşlar və digər əlaqəli sahələr üzrə marketinq araşdırmalarının aparılması və toplanan məlumatların təhlili üzrə təkliflərin verilməsi;
- Marketinq sahəsi ilə bağlı yeniliklərin, trendlərin və rəqabət mühitinin izlənilməsi, potensial imkanların təklif edilməsi;
- Müvafiq kampaniya və ümumi layihələr ilə bağlı rəqəmsal və ənənəvi kanallar üzrə marketinq kommunikasiya fəaliyyətlərinin təşkili və icrası;
- Kampaniyaların, kommunikasiya konseptlərinin və yaradıcı ideyaların hazırlanması, müvafiq tərəflərlə birlikdə işlənməsi və icrası;
- Brendlərin vizual və mesaj tonunun bütün kommunikasiya materiallarında qorunmasına nəzarət;
- Tədbir, sərgi, təqdimat və brend aktivasiyalarının konseptlərinin hazırlanması və icrası;
- Əmlak layihələrinin sahədə monitorinqi, vizual və kommunikasiya ehtiyaclarının müəyyənləşdirilməsi;
- Marketinq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və hesabatların hazırlanması;
- Kommunikasiya materiallarının hazırlanması zamanı daxili komandalar və xarici tərəfdaşlar/təchizatçıların brifinqi, məluat axınının təmini və gedişatın koordinasiyası;
- ERP/CRM və digər şirkətdaxili sistemlərdə proseslərin düzgün icrası.
Tələblər
- Ali təhsil
- Marketinq sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- Marketinq kommunikasiya layihə idarəçiliyində praktiki təcrübə;
- Marketinq kommunikasiyası, brend idarəçiliyi və planlaşdırma üzrə dərin biliklər;
- Ənənəvi və Rəqəmsal marketing üzrə bilik və praktiki təcrübə;
- Güclü analitik düşüncə və hesabatlılıq bacarığı;
- MS Office və Google Workspace bilikləri;
- Yüksək təşkilatçılıq, yaradıcı yanaşma və multitasking bacarığı;
- Əmlak marketinqi ilə bağlı iş təcrübəsinə üstünlük veriləcək.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Könüllü tibbi sığorta
- Korporativ tədbirlər
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Marketinq şöbəsinin rəhbəri | Barattson | 2026-02-16 - 2026-03-10 |
Bu şirkətin digər vakansiyaları





