Marketinq\SMM menecer
İKTex Müddət: 2025-05-02 - 2025-06-02
Baxış sayı: 137 Vakansiya № 1013815
Şəhər:

Bakı


İşin təsviri:

  • Qurumun ümumi marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Kütləvi informasiya vasitələri ilə əlaqələri qurmaq və inkişaf etdirmək;
  • Rəsmi bəyanatlar, press-relizlər və digər məlumat materiallarını hazırlamaq və yaymaq;
  • Sosial media platformalarında qurumun imicinin idarə olunmasına nəzarət etmək və inkişaf etdirmək;
  • Qurumun saytında yerləşdirilən ictimai məlumatların aktuallığını və düzgünlüyünü təmin etmək;
  • Rəhbərliyə ictimai rəy, media analitikası və PR fəaliyyəti üzrə hesabatlar təqdim etmək;
  • PR kampaniyaları, sosial layihələr və təşviqat tədbirlərini planlaşdırmaq və icra etmək;
  • Rəqəmsal və ənənəvi marketinq kanalları vasitəsilə məhsul və ya xidmətin təşviqi.

Tələblər:

  • Marketinq sahəsində ən azı 2 il təcrübə, sosial media ilə işləmək sahəsində təcrübə ən azı 1 il.
  • Azərbaycan dilinin yüksək səviyyədə bilməsi
  • Strateji və analitik düşüncə tərzi.
  • Rəqəmsal marketinq alətləri və platformaları ilə tanışlıq.
  • Rəqəmsal trendləri izləmək və kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Canva, Photoshop, CapCut və ya digər dizayn/videomontaj alətləri ilə işləmək bacarığı.
  • Telekom və IT sahələrində çalışan namizədlərə üstünlük verilir)

İş barədə məlumat:

  • Həftə içi 5 gün
  • İş saatı: 09:00-dan - 18:00-dək
  • Maaş müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Marketinq\SMM menecer” mövzusu altında hr@iktex.az elektron poçt ünvanına göndərə bilərlər.