Məlumatlar üzrə analitik
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Müddət: 2025-03-11 - 2025-04-11

Baxış sayı: 323
Vakansiya № 1013421
Şəhər:
Bakı
İşin təsviri:
- Tam dövrlü istedad əldəetmə prosesinin idarə edilməsi (rəhbər vəzifələrdən aşağı səviyyələr üçün), o cümlədən: işçi ehtiyaclarının planlaşdırılması, vəzifə profilinin və vakansiya tələblərinin müəyyən edilməsi, namizəd axtarışı və cəlb edilməsi, seçilmə və müsahibə proseslərinin idarə olunması, iş təkliflərinin koordinasiyası və işə qəbulun həyata keçirilməsi;
- Yeni işçilərin adaptasiya və oriyentasiya proqramlarının idarə edilməsi və onların şirkətə effektiv inteqrasiyasının təmin olunması;
- Daxili işçi kommunikasiyalarının idarə edilməsi və əməkdaşların məlumatlandırılması strategiyalarının tətbiqi;
- İllik performans idarəetmə prosesinin əlaqələndirilməsi və əməkdaşların effektiv fəaliyyətinin dəyərləndirilməsinin təmin edilməsi;
- Davamlı inkişaf və yüksək performans mədəniyyətinin dəstəklənməsi, o cümlədən təlim, mentorluq və liderlik proqramlarının təşviqi;
- İstedadların inkişafı və varislik planlamasının dəstəklənməsi, struktur bölmələrə uyğun istedad idarəetmə alətlərinin inteqrasiyası;
- Təlim və inkişaf strategiyalarının müəyyən edilməsi, planlaşdırılması, həyata keçirilməsi və effektivliyinin ölçülməsi üçün uyğun sistemlərin idarə olunması;
- Kadr qərarları üzrə strategiyanın müəyyən edilməsi və məsləhətlərin verilməsi, o cümlədən vəzifə yüksəlişləri, daxili rotasiya, kompensasiya tənzimləmələri və digər İR qərarları;
- Risklərin idarə edilməsi və uyğunluğun təmin olunması, normativ tələblərə və qanunvericilik dəyişikliklərinə nəzarət, potensial uyğunluq pozuntularının müəyyən edilməsi və həlli;
- Əmək haqqı və sosial imtiyazların idarə olunması və uyğunluğunun təmin edilməsi;
- İR ilə bağlı analitik hesabatların hazırlanması və təqdim edilməsi;
- İR layihələrinin icrasında və təşəbbüslərində iştirak və dəstək göstərilməsi.
Tələblər:
- İnsan resursları, Psixologiya, İqtisadiyyat və yaxud oxşar sahələrdə ali təhsil;
- CIPD, SPHR, or PHR kimi İR üzrə peşəkar kvalifikasiya arzu olunandır;
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/itv/itv-insan-resurslari-uzre-biznes-terefdas-5300/apply
Bu kateqoriyada digər vakansiyalar