Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (Bakı və Sumqayıt filialları)
Expressbank Müddət: 2025-09-30 - 2025-10-30
Baxış sayı: 180 Vakansiya № 1014703
Şəhərlər:

Bakı, Sumqayıt


İşin təsviri:

  • Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması;
  • Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi;
  • Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

    Müraciət et