Mühafizəçi
A Group Sığorta Şirkəti
Müddət: 2026-05-07 - 2026-06-07
Baxış sayı: 21
Vakansiya № 1015432
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- İş növbəsində olduğu müddətdə Şirkətdə qəbul olunmuş korporativ geyim standartlarına tam şəkildə riayət etmək;
- növbəni müvafiq qaydada təhvil vermək və qəbul etmək, bu proses zamanı vacib məlumatların tam ötürülməsini təmin etmək;
- növbə ərzində baş verən hər hansı hadisə barədə dərhal Birbaşa rəhbərinə məlumat vermək və hadisənin xülasəsini qeydiyyat jurnalında əks etdirmək;
- Mühafizəçi üçün ayrılmış postu Birbaşa rəhbərinin razılığı olmadan tərk etməmək və nəzarət zonasını daim müşahidə altında saxlamaq;
- Şirkət daxilində baş verə biləcək fövqəladə hallar zamanı dərhal Birbaşa rəhbərinə məruzə etmək və hadisənin qarşısını almaq məqsədilə zəruri tədbirlər görmək;
- Şirkətin əməkdaşlarının, qonaqların və digər şəxslərin binaya giriş-çıxış vaxtlarını xüsusi qeydiyyat jurnalında dəqiq şəkildə qeydə almaq;
- Şirkətə gələn kənar şəxslərin (sığorta, texniki xidmət və digər səbəblərlə) kimə və hansı məqsədlə gəldiyini müəyyənləşdirmək, aidiyyəti əməkdaşa məlumat vermək və qonağı gözləmə yerində müşahidə altında saxlamaq.
- Şirkətin təhlükəsizlik qaydalarına, prosedurlarına və standartlarına tam şəkildə riayət etmək.
Tələblər:
- Həqiqi hərbi xidmət keçmiş bəylər üçün.
- Yaş: 30-45.
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək tələb olunur, ingilis dili arzuolunandır.
- Kompüter biliyi: Microsoft Office
İş şəraiti :
- İş yeri: Baş ofis, Azadlıq prospekti 3
- Əmək haqqı: 650 AZN
- Tibbi sığorta qarşılanır.
Maraqlanan şəxs mövzuda Mühafizəçi qeyd etməklə CV-ni cv@a-group.az elektron poçt ünvanına göndərə bilər.
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Korporativ işlər üzrə hüquqşünas | A Group Sığorta Şirkəti | 2026-04-21 - 2026-05-17 |





