Mühasib
Qaya Nəqliyyat Logistika şirkəti Müddət: 2026-04-24 - 2026-05-24
Baxış sayı: 37 Vakansiya № 1015406
Şəhər:

Bakı


“Qaya Nəqliyyat” MMC  “Mühasib” vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Gündəlik mühasibat əməliyyatlarının uçotunun aparılması;
  • Elektron qaimə-faktura, hesab-faktura və müqavilələrin hazırlanması;
  • Bank ödənişlərinin və köçürmələrin icrası;
  • Debitor və kreditor borcların izlənməsi;
  • Digər cari işlərin icrası.

Tələblər:

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • MS Excel proqramlarında işləmə bacarığı;
  • Detallara diqqət və məsuliyyətlilik;
  • Tapşırıqları vaxtında və operativ icra etmək bacarığı;
  • Komandada işləmə və öyrənməyə açıq olmaq.

Biz nə təklif edirik:

  • Stabil iş qrafiki (həftəiçi 09:00–18:00);
  • Real iş mühiti və praktiki təcrübə;
  • Mühasibat və vergi sahəsində inkişaf imkanı;
  • Peşəkar komandada işləmək fürsəti;
  • Əmək haqqı: 1000 AZN
  • Nahar şirkət tərəfindən təmin edirlir.

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə göndərə bilərlər.

Ünvan: Binəqədi rayonu 10 may küçəsi 395 (Binəqədi DSK yolu, London taksi qarajının) yanı