Mühasib
Grand Agro MMC
Müddət: 2026-10-20 - 2026-11-20
Baxış sayı: 85
Vakansiya № 1015887
Şəhər:
Bakı
Təsvir
- Təchizatçılardan daxil olan elektron qaimələrin (e-qaimələrin) yoxlanılması və mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
- E-qaimələr üzrə ilkin sənədlərin (təvil-təslim aktları, hesab-fakturalar və digər təsdiqedici sənədlər) yoxlanılması;
- Təchizatçılarla üzləşmə aktlarının hazırlanması, qarşılıqlı hesablaşmaların yoxlanılması və fərqlərin araşdırılması;
- Təchizatçılar üzrə kreditor borclarının izlənilməsi, qalıqların yoxlanılması və müvafiq hesabatların hazırlanması;
- Daxil olan sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə əlaqələndirmənin aparılması;
- Mühasibat uçotu sisteminə (1C) məlumatların düzgün və vaxtında daxil edilməsi, sənədlərin elektron və fiziki arxivləşdirilməsinin təmin edilməsi;
- Təchizatçılar üzrə kreditor borclarının yaşlandırma hesabatının (Accounts Payable Aging) hazırlanması, vaxtı keçmiş borcların müəyyən edilməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;
- Təchizatçılara ödənişlərin həyata keçirilməsi üçün tələb olunan sənədlərin və məlumatların hazırlanması, ödənişlərin təsdiq edilmiş müqavilə və sifariş şərtlərinə uyğunluğunun yoxlanılmasına dəstək göstərilməsi;
- Kreditor borcları üzrə aylıq bağlanış prosesində iştirak edilməsi, hesab qalıqlarının yoxlanılması və maliyyə hesabatlarının hazırlanması üçün zəruri məlumatların təqdim edilməsi.
Tələblər
- Təhsil: Ali ( Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları)
- Təcrübə: Müvafiq sahədə 1-3 il
- Sertifikatlar: PMS, ACCA ( F3,F7)
- İT üzrə biliklər: MS Office və 1C (və ya digər mühasibatlıq proqramları)
Texniki Bacarıqlar
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə biliklər
- Mühasibat uçotu hesablar planı
- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini
- Müvafiq ERP proqramları, BTP və Elektron Hökümət Portalı üzrə işləmək bacarığı
- Uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi qaydaları
Səriştəlik
- Təşəbbüskarlıq və məsuliyyətlilik
- İntizamlılıq və nəticəyə köklənmə
- Açıq fikirli və problemi həll etmə bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Düzgünlük və dəqiqlik
- Yüksək təqdimat bacarığı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
- Təlim dəstəyi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar