Mühasib Köməkçisi
Agro-West DC LLC
Müddət: 2026-06-22 - 2026-07-22
Baxış sayı: 108
Vakansiya № 1015535
Şəhər:
Bakı
Agro-West Retail MMC komandamıza retail sahəsinin dinamikasına uyğunlaşacaq, diqqətli və məsuliyyətli Mühasib köməkçisi axtarırıq.
Tələblər:
- Mühasibatlıq sahəsində ilkin iş təcrübəsi və ya güclü nəzəri biliklər (retail/market sahəsində təcrübə arzuolunandır);
- 1C proqramı (8.3 versiyası) və MS Excel ilə baza və ya orta səviyyədə işləmək bacarığı;
- İlkin mühasibat sənədləri və vergi qanunvericiliyi barədə ümumi anlayış;
- Rəqəmlərlə işləmək həvəsi, yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşünmə.
Vəzifə öhdəlikləri:
- Tədarükçülərdən daxil olan qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının (EVHF) və digər ilkin sənədlərin mütəmadi yoxlanılması;
- Qaimələrin anbardan gələn faktiki məhsul hesabatları ilə üzləşdirilməsi və 1C proqramına düzgün daxil edilməsi;
- Gündəlik sadə mühasibat əməliyyatlarının aparılmasında baş mühasibə köməklik göstərilməsi;
- Debitor və kreditor borclarının izlənməsi, tədarükçülərlə üzləşmə aktlarının hazırlanması.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00 – 18:00)
- Əmək haqqı: 600 AZN
- Nahar: Şirkət tərəfindən təmin olunur
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib köməkçisi” qeyd edərək hr@aplus.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar





