Müştəri təcrübəsinin idarəedilməsi şöbəsi, Aparıcı / Baş mütəxəssis
Yelo Bank Müddət: 2025-07-08 - 2025-08-08
Baxış sayı: 705 Vakansiya № 1014241
Şəhər:

Bakı


İşin təsviri:

  • Müştəri təcrübəsinin (customer journey) xəritələndirilməsi və təkmilləşdirilməsi 
  • Müştəri məmnuniyyəti və loyallığını ölçmək üçün görüşlərin, sorğuların (NPS, CSAT, CES) keçirilməsi
  • Müştəri rəyləri və məlumatlarının analizinin aparılması
  • Bankın müxtəlif şöbələri ilə əməkdaşlıq edərək müştəri yönümlü həllərin tətbiqi
  • Rəqəmsal kanallar (mobil bankçılıq, internet bankçılıq, chatbot və s.) və xidmət nöqtələri üzrə müştəri təcrübəsinin yaxşılaşdırılması 
  • Müştəri təcrübəsinin inkişaf etdirilməsi üçün trendləri izləmək və innovativ həllər təklif etmək
  • Müştəri məmnuniyyətini artırmaq məqsədilə edilmiş yenilik və dəyişikliklərlə bağlı təlimlər keçmək.

Tələblər:

  • Müştəri təcrübəsinin idarə edilməsi üzrə minimum 3 illik iş təcrübəsi
  • Müştəri davranışları, səyahət xəritələndirilməsi (customer journey mapping) və optimizasiyası üzrə təcrübə
  • Datanı analiz edərək müştəri təcrübəsini yaxşılaşdırmaq üçün həllər təklif etmək bacarığı
  • Omnichannel müştəri təcrübəsi strategiyalarının hazırlanması və idarə edilməsi
  • UX, Service design və müştəri araşdırmaları sahələrində biliklər üstünlükdür
  • Güclü ünsiyyət və təqdimat bacarıqları.

    Müraciət et