Müştəri xidmətləri üzrə mütəxəssis (Satış bölməsi)
Agrokimya Müddət: 2025-06-13 - 2025-07-13
Baxış sayı: 114 Vakansiya № 1014095
Şəhər:

Bakı


İşin təsviri:

  • Müştəri məmnuniyyətinin təmin olunması;
  • Korporativ müştərilərlə bir başa, telefon, e-mail və digər elektron vasitələrlə əlaqə saxlanılması və cavablandırması, şirkət tərəfindən təqdim olunan məhsul barədə düzgün məlumat verilməsi;
  • Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi və 1C proqramında sifarişlərin yazılması;
  • Qiymət təklifinin hazırlanması;
  • Müqavilənin tərtib olunması;
  • Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;

Tələblər:

  • Xanım namizəd 
  • Satış və müştəri xidmətmələri sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Ali təhsil (mütləq);
  • Yüksək səviyyədə Azərbaycan dili (Rus və İngilis-dil bilikləri arzuolunandır);
  • Microsoft Excel proqramından sərbəst şəkildə istifadə (1C proqramı bilikləri üstünlükdür);
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Yüksək ünsiyyətqurma və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş saatı 9:00 –dan 18:00 -dək, Şənbə günü 9:00 -dan 13:00-dək
  • İstirahət günü: Bazar
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Mobil telefon, korporotiv nömrə və aylıq mobil rabitə limiti şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: 600-700 AZN-dən (Namizədin bilik və təcrübəsinə əsasən Ə/M müəyyənləşəcək)
  • Ünvan: Bakı, Yasamal r. , Şəfayət Mehdiyev 271 A.

CV formalarını hr@agrokimya.com elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində vakansiyanın adını “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş edilir, əks halda müraciətə baxılmayacaq).