Ofis meneceri
MAN-G Design & Construction Müddət: 2025-12-10 - 2026-06-10
Baxış sayı: 746 Vakansiya № 1015027
Şəhər:

Bakı


 

Vəzifə öhdəlikləri :

· Şirkət daxilində sənədləşmə işlərinin təşkili. Ofisə daxil olan və ofisdən çıxan sənədlərin qeydiyyatını, arxivləşdirilməsini və yönləndirilməsini təmin etmək.

· Logix proqram təminatında mal və xidmət alışı, silinməsi və s təşkili. Hesab-fakturaların hazırlanması.

· Şirkətə daxil olan korporativ sorğuların (zəng,e-mail) satış menecerinə yönləndirilməsi. Eyni zamanda fərdi müştəri sorğularının (telefon, e-mail, sosial şəbəkələr və.s) cavablandırılması.

· Şirkətə daxil olan zənglərin, e-mail-lərin qeydlərini aparmaq, lazımi bölməyə yönləndirmək, deadline üzrə nəzarətində saxlamaq və vaxtında cavablandırmaq.

· Sorğulardan yaranmış görüşlərin təşkili, ofisə gələn qonaqların qarşılanması, yönləndirilməsi və lazımi məlumatın verilməsi, istəklərin öyrənilməsi və aiddiyyəti şöbəyə yönləndirilməsi.

· Dizayn, təmir-tikinti sahəsindəki şirkətlərin dərindən araşdırılması və qiymət strategiyalarının öyrənilməsi.

· Şirkətin, menecerin, rəhbərin, dəvət aldığı tədbirlərin, görüşlərin siyahısını tutmaq və daimi nəzarətdə saxlamaq. Görüşlərin vaxtını, qeydlərini və hazırlıqlarını həyata keçirtmək. İclasların vaxtını və təşkilatçılığını həyata keçirmək və protokollaşdırmaq.

· Ofis və kargüzarlıqla əlaqəli digər işləri görməli, əlavə bilgilər əldə etməlidir.

· Ofis üçün zəruri malların, ofis avadanlıqlarının, gündəlik ehtiyacların alınmasını həyata keçirtmək. Ofis xərclərinin hesablanması, ödənişlərin sənəd dövriyyəsi.

· İş sahəsinin təmizliyinə, mövcud iş yerinin işlək vəziyyətdə olmasına, əməkdaşların iş masaları və oturacaqların, istifadə etdikləri kompyuter və digər avadanlıqların sazlığına nəzarət etmək, münbit iş şəraiti yaratmaq.

· Nəzarətdə olan tapşırıqları hər günün sonunda menecerə (İR, rəhbər, direktor)-a göndərmək;

· Verilən tapşırıqlar üzrə həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq və təqdim etmək;

· Yeni işçilərin ofis mühitinə inteqrasiyasına (onboarding) dəstək göstərmək

· Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək.

 

Tələblər :

Ali təhsil;

Yalnız xanım namizədlər;

Müvafiq sahədə 1 il təcrübə;

Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;

 

Əmək haqqı : 500-600 azn.

İş qrafiki : 6 günlükdür.

Ünvan: Bakı şəhəri, Babək prospekti 64D (Xalqlar metrosunun yaxınlığı)

 

Müraciət üçün CV-lərinizi info@man-g.az mail ünvanına göndərə bilərsiniz.