Performansın idarə edilməsi üzrə mütəxəssis
Landau Education Group
Müddət: 2026-10-16 - 2026-11-16
Baxış sayı: 41
Vakansiya № 1015879
Şəhər:
Bakı
Təsvir
- Performans idarəetmə çərçivələrinin (“Framework”), KPI-lar, səriştə modelləri, qiymətləndirmə şkalalarının və s. hazırlanmasında və yenilənməsində iştirak;
- Performans sistemlərinin təşkilatın strateji məqsədləri və HR siyasətləri ilə uyğunlaşdırılmasına dəstək;
- Müxtəlif vəzifə və funksiyalar üçün uyğunlaşdırılmış qiymətləndirmə alətlərinin hazırlanması;
- Performans qiymətləndirmə dövrlərinin koordinasiyası (hədəf qoyma, yarımillik və illik icmallar);
- Struktur bölmələrə təşkilat məqsədlərinin fərdi məqsədlərə çevrilməsində dəstək göstərilməsi;
- Qiymətləndirmələrin vaxtında və ədalətli şəkildə başa çatdırılmasına nəzarət;
- Rəhbərlərə və əməkdaşlara performans idarəetmə prosesləri və alətləri barədə təlimlərin təşkili;
- Rəhbərlərə geribildirim vermə, hədəf qoyma və qiymətləndirmə aparılması sahəsində dəstək;
- Performans proseslərinin mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;
- Qiymətləndirmə proseslərində obyektivlik, ədalətlilik və şəffaflığın təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- İnsan Resurslarının idarə olunması üzrə minimum 2 il iş təcrübəsi;
- Performans idarəetmə prinsipləri, metodları və alətləri (OKR, KPI, Balanced scorecard və s.) üzrə biliklər;
- Məlumatların təhlili, nəticələrin sadə və effektiv şəkildə təqdim edilməsi bacarığı;
- Layihələrin planlaşdırılması və idarə olunması bacarığı;
- B1 səviyyədə İngilis dili biliyi;
- Yaxşı səviyyədə Excel biliyi;
- Tənqidi Düşüncə;
- Komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu şirkətin digər vakansiyaları
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Qeydiyyatçı | Landau Education Group | 2026-09-29 - 2026-10-29 |