Planlama və Anbar Şöbə Müdiri
AZMADE Group
Müddət: 2026-09-01 - 2026-10-01
Baxış sayı: 36
Vakansiya № 1015743
Şəhər:
Bakı
Azmade Group MMC komandasına "Planlama və Anbar Şöbə Müdiri" üçün namizəd axdarışındadır!
Əsas vəzifə funksiyalari:
- Metal konstruksiya layihələri üzrə istehsalat planlarının və iş qrafiklərinin hazırlanması
- Sifarişlərin istehsal mərhələləri üzrə planlaşdırılması və prioritetlərin müəyyən edilməsi;
- Çertyojlar və BOM/material spesifikasiyaları əsasında istehsal ehtiyaclarının müəyyənləşdirilməsi;
- Xammal, material, avadanlıq və işçi qüvvəsinə olan tələbatın planlaşdırılması;
- Kəsim, deşik açma, yığma, qaynaq, təmizləmə, rəngləmə və komplektləşdirmə proseslərinin ardıcıllığının planlaşdırılması;
- İstehsalat sahələrinin və avadanlıqların yüklənməsinin optimallaşdırılması;
- Gündəlik, həftəlik və aylıq istehsalat planlarının hazırlanması və icrasına nəzarət;
- Faktiki istehsal göstəricilərinin planla müqayisəsi və plan-fakt analizinin aparılması;
- İstehsalatda yaranan gecikmələrin və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üzrə tədbirlərin hazırlanması;
- Material çatışmazlığı, avadanlıq yüklənməsi və digər istehsalat risklərinin əvvəlcədən müəyyənləşdirilməsi;
- İstehsalat, LİO, Təchizat, Planlama, Keyfiyyətə Nəzarət şöbələri ilə koordinasiyanın təmin edilməsi;
- Sifarişlərin vaxtında və müəyyən edilmiş istehsal qrafikinə uyğun icrasının izlənilməsi;
- İstehsalat göstəriciləri üzrə hesabatların, analizlərin və rəhbərlik üçün təqdimatların hazırlanması;
- İstehsalat gücünün, məhsuldarlığın və resurslardan istifadənin təhlili;
- İstehsalat planlarının dəyişən sifariş və layihə tələblərinə uyğun operativ şəkildə yenilənməsi;
- İstehsalat proseslərinin səmərəliliyinin artırılması və optimal planlama həllərinin təklif edilməsi.
- Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirilməsi;
- Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə edilməsi; Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra edilməsi;
- Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim edilməsi;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edilməsi;
- Gündəlik, həftəlik və aylıq anbar hərəkəti barədə hesabatın ilkin sənədlər əsasında hazırlanmasının təmin edilməsi;
- Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.
Namizədə tələblər:
- Metal konstruksiyaların istehsal texnologiyası və istehsalat prosesləri üzrə biliklər;
- Metal konstruksiya çertyojlarının, spesifikasiyaların və BOM-ların oxunması və təhlili;
- İstehsalatın planlaşdırılması, istehsal gücünün hesablanması və resursların optimal bölüşdürülməsi bacarığı;
- Kəsim, qazma, yığma, qaynaq, rəngləmə və digər istehsal mərhələlərinin iş ardıcıllığını və texnoloji tələblərini bilməsi;
- Plan-fakt analizi, istehsalat göstəricilərinin təhlili və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
- Material və xammal tələbatının hesablanması və planlaşdırılması bacarığı;
- İstehsalat qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- MS Excel proqramında yüksək səviyyədə işləmək
- ERP/MRP sistemləri ilə işləmək bacarığı arzuolunandır;
- AutoCAD və ya analoji proqramlarda çertyojları oxuma bacarığı;
- MS Project və ya digər istehsalat planlama proqramları üzrə biliklər üstünlükdür;
- Anbar əməliyyatlarını dərindən bilmək;
- Analitik düşünmə və rəqəmlərlə işləmə qabiliyyəti;
- Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
- Eyni vaxtda bir neçə sifariş və layihə üzrə işləmək bacarığı;
- Problemləri operativ müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
- Detallara diqqət və yüksək məsuliyyətlilik;
- Komanda ilə işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya qurmaq bacarığı;
İş şəraiti:
- İş yeri: Şəmkir
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatları: 08:00 – 17:00
Maraqlanan namizədlər öz CV-lərini cv@azmade.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar
| Vəzifə | Şirkət | Müddət |
|---|---|---|
| Anbardar | Novator HRC MMC | 2026-08-05 - 2026-09-05 |