Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri
Paşa Sığorta Müddət: 2026-10-16 - 2026-11-16
Baxış sayı: 36 Vakansiya № 1015877
Şəhər:

Bakı


Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri 

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri Qeyri-maliyyə risklərinin idarəolunması şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə, Şirkətin strateji və biznes məqsədlərinə uyğun olaraq qeyri-maliyyə risklərinin idarə olunmasına rəhbərlik edir, risklərin biznes nəticələrinə və Şirkətin dayanıqlılığına təsirini bütöv perspektivdən qiymətləndirir. Risklərin vaxtında müəyyən edilməsi, qiymətləndirilməsi, monitorinqi və azaldılmasını təmin etməklə yanaşı, biznes bölmələri ilə tərəfdaşlıq edərək risk əsaslı qərarvermənin, risk mədəniyyətinin və Şirkətin risk yetkinliyinin inkişafına töhfə verir.

Öhdəliklər

  • Şirkətin strategiyası, biznes modeli və risk iştahasını nəzərə alaraq qeyri-maliyyə risklərinin idarə edilməsi çərçivəsinin, siyasət və metodologiyalarının hazırlanmasını və davamlı təkmilləşdirilməsini təmin etmək.
  • Şirkətin fəaliyyət istiqamətləri və biznes prosesləri üzrə qeyri-maliyyə risklərinin sistemli şəkildə müəyyən edilməsini və idarə olunmasını təmin etmək.
  • Müəyyən edilmiş risklərin maliyyə nəticələrinə, müştəri təcrübəsinə, reputasiyaya, əməliyyat dayanıqlılığına və strateji hədəflərə potensial təsirini qiymətləndirmək.
  • Risk qiymətləndirmələrinin nəticələri əsasında Şirkətin risk xəritəsinin formalaşdırılmasını təmin etmək, yüksək və kritik risklər üzrə tədbirlər planlarının hazırlanmasını biznes bölmələri ilə əlaqələndirmək.
  • Risk insidentlərini və əməliyyat itkisi hadisələrini təhlil etmək, əsas səbəbləri və biznesə təsirlərini müəyyənləşdirmək, preventiv və korrektiv tədbirlərin hazırlanmasını və icrasını monitorinq etmək.
  • Yeni məhsullar, proseslər, texnoloji həllər və əhəmiyyətli biznes dəyişiklikləri üzrə qeyri-maliyyə risklərinin vaxtında qiymətləndirilməsini təmin etmək və risk perspektivinin qərarvermə prosesinə daxil edilməsinə dəstək olmaq.
  • Daxili və xarici mənbələrdən əldə olunan məlumatlar əsasında qeyri-maliyyə riskləri üzrə risk trendlərini və potensial risk siqnallarını müəyyən etmək, rəhbərliyə əsas risklər və onların biznesə təsiri üzrə analitik hesabatlar və tövsiyələr təqdim etmək.
  • Sığorta sektorunda və risklərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələri izləmək, Şirkətin risk yetkinliyinin və əməliyyat dayanıqlılığının artırılması üzrə təkmilləşdirmə təşəbbüslərinə rəhbərlik etmək.
  • Şöbənin fəaliyyətini və prioritetlərini idarə etmək, komanda üzvləri arasında məsuliyyət bölgüsünü və effektiv əməkdaşlığı təmin etmək, əməkdaşların peşəkar inkişafını və nəticəyönümlü fəaliyyətini dəstəkləmək.

Bilik və Bacarıqlar

  • Əməliyyat risklərinin idarə edilməsi metodologiyaları və alətləri üzrə güclü bilik.
  • Sığorta biznesini və əsas biznes proseslərini geniş perspektivdən anlama və risklərin biznes nəticələrinə təsirini qiymətləndirmə bacarığı.
  • Güclü analitik və strateji düşünmə, məlumat əsasında qərarvermə bacarığı.
  • Liderlik, komandanın inkişafı və nəticəyə yönəltmə bacarığı.
  • Effektiv kommunikasiya, təqdimat və maraqlı tərəflərlə əməkdaşlıq bacarığı.
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya əlaqəli istiqamət üzrə ali təhsil.
  • Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi; sığorta və ya maliyyə sektorunda təcrübə üstünlükdür.
  • Komanda və ya funksional istiqamətin koordinasiyası üzrə təcrübə üstünlükdür.
  • ARM, FRM və ya digər müvafiq peşəkar sertifikatların olması arzuolunandır.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


Bu kateqoriyada digər vakansiyalar