Qrafik Dizayner
Emsan Azərbaycan
Müddət: 2025-08-05 - 2025-09-05
Baxış sayı: 673
Vakansiya № 1014430
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətin marketinq və reklam məqsədləri üçün vizual materialların (broşur, flayer, banner, poster, qablaşdırma dizaynları və s.) hazırlanması
- Sosial media üçün kreativ postların, story və kampaniya vizuallarının dizaynı
- Rəqəmsal və çap platformaları üçün dizaynların brend tələblərinə uyğun hazırlanması
- Mövcud dizayn trendlərini izləmək və gündəlik işə tətbiq etmək
- Komandadakı digər bölmələrlə sıx əməkdaşlıq edərək effektiv vizual həllər yaratmaq
Tələblər:
- Qrafik dizayn və ya əlaqəli sahə üzrə ali təhsil
- Yaş həddi:22-35
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Adobe Creative Suite proqramlarını (Photoshop, Illustrator, InDesign və s.) yüksək səviyyədə bilmək
- Kreativlik, vizual estetikaya malik olmaq və detala diqqət
- Çevik iş rejimində işləyə bilmək, deadline-lara ciddi yanaşmaq
- Brend və vizual kommunikasiya anlayışına malik olmaq
- Portfolio təqdim edilməsi mütləqdir
İş Şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında təcrübə və bacarıqlara uyğun təyin olunacaq
- İş rejimi: Həftə içi 5 gün / 09:00 – 18:00
- İş yeri: RST Global Plaza, Bakı şəhəri (Ulduz metrosu yaxınlığı)
- Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun
Müraciət:
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə, şəkilli CV və portfolionuzu hr@emsan.com.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.





