Qrafik Dizayner
Barattson Müddət: 2026-01-27 - 2026-02-28
Baxış sayı: 220 Vakansiya № 1015167
Şəhər:

Bakı


Barattson MMC - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

 

Barattson Marketinq komandasına  “Qrafik Dizayner” vəzifəsi üzrə vakansiya elan edir:

Marketinq komandamıza qoşulmağa hazırsınız? Əgər yaradıcı düşüncəyə və peşəkar bacarıqlara sahibsinizsə, sizin üçün əla fürsətimiz var.

 

İşin təsviri:

  • Sizdən digər komandalarla əməkdaşlıq etməyiniz və onların ideya və tələblərini müxtəlif dizayn layihələrinə çevirməyiniz tələb olunacaq;
  • Reklam bannerlərinin, veb səhifələrin, şirkət loqolarının, brendinq materiallarının və digər tələblərin dizaynında peşəkar təcrübəyə sahib olmalısınız.

Əsas tələblər:

  • Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign) Motion proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
  • Vizualları peşəkar və effektiv şəkildə hazırlamaq üçün yaradıclıq bacarığı;
  • Əla ünsiyyət və kommunikasiya bacarıqları;
  • Vaxtı səmərəli idarə etmək və müstəqil işləmək bacarığı;
  • Animasiya və veb-dizayn üzrə biliklər üstünlükdür;
  • Süni İntellekt alətləri ilə işləmə bacarığı üstünlükdür.

Şəxsi keyfiyyətlər:

  • Kreativ, yaradıcı (fərqli üslubla işləmək);
  • Çevik işləmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Təklif etdiyimiz:

  • Biz sizə yaradıcı iş prosesinin bir parçası olmaq, dəyərli təcrübə qazanmaq və özünüzü inkişaf etdirmək imkanı təqdim edirik. Həmçinin yüksək keyfiyyətli iş mühiti kimi üstünlüklərdən yararlana biləcəksiniz.

Biz nə vəd edirik?

  • Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
  • Rahat və müasir iş mühiti;
  • Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;
  • Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı

İş qrafiki: 5 iş günü

Əmək haqqı:  Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır.

Namizədlərdən CV formaların və portfellərini   vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Qrafik Dizayner”qeyd olunmaqla göndərməkləri xahiş olunur.