Recruiter
Caspian Invest BOKT
Müddət: 2026-07-13 - 2026-08-13
Baxış sayı: 114
Vakansiya № 1015586
Şəhər:
Bakı
Vəzifə öhdəlikləri:
- Vakansiyalar üzrə işçi ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul planlarının hazırlanması;
- Vakansiyaların müxtəlif platformalarda yerləşdirilməsi və namizədlərin cəlb olunması;
- CV-lərin təhlili və ilkin seçim prosesinin aparılması;
- Namizədlərlə telefon, onlayn və üzbəüz müsahibələrin təşkili və keçirilməsi;
- Bank və satış sahəsi əməliyyatlarına uyğun namizədlərin axtarışı və seçilməsi;
- Namizədlər bazasının formalaşdırılması və mütəmadi yenilənməsi;
- Rəhbərliyə işə qəbul üzrə müntəzəm hesabatların təqdim olunması;
- Filiallar və regionlar üzrə kadr ehtiyaclarının qarşılanması məqsədilə ezamiyyətlərdə iştirak.
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə uyğun təyin olunacaqdır.
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
- Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
- Recruiter Menecer vəzifəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Təcrübənin əsasən satış (elektronika məhsulların satışı üzrə) və bank sahəsində olması üstünlükdür;
- Dil biliyi – üstünlükdür;
- Güclü ünsiyyət, təqdimat və müsahibə aparmaq bacarıqları;
- Ezamiyyətlərə getmək imkanı və hazırlığı;
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "Recruiter" mövzu hissəsində qeyd etməklə hr@caspianinvest.az elektron poçt ünvanına göndərsinlər.
Bu kateqoriyada digər vakansiyalar





