Satınalma mütəxəssisi
Holiday Inn Baku Müddət: 2023-12-12 - 2024-01-12
Baxış sayı: 530 Vakansiya № 1011724
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma şöbəsinə aid sənəd dövriyyəsi prossesinə nəzarət etmək;
  • Sənədləri aidiyyatı üzrə bölüşdürmək və icraçılara çatdırılmasını təşkil etmək;
  • Sənədlərdən istifadə edilməsini təmin etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və kompaniyanın fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Aktual müsabiqələrin mütəmadi olaraq qeyd edilməsi, həmçinin onlara nəzarət edilməsi;
  • Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması və bununla bağlı nəzarət funksiyasının yerinə yetirilməsi;
  • Yerli şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasının təşkili;

Tələblər:

  • Ali təhsil
  • Riyazi biliklər
  • İngilis və Rus dili biliyi üstünlükdür
  • 22-35 yaş
  • Tender sənədlərinin hazırlanması bacarığı;  
  • MS Office proqramları
  • eSatınalma və eTender saytına dair biliklər
  • Kargüzarlıq və dəftərxana bacarığı
  • İşinə məsuliyyətli yanaşma, diqqət, çeviklik və detallara fikir vermək bacarığı
  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi

İş şəraiti:

  • İş vaxtı: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş yeri: Bakı şəh., Neftçilər prospekti 145. 
  • Əmək haqqı: 1000-2000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Satınalma mütəxəssisi" qeyd edərək CV-lərini info@holidayazerbaijan.de elektron ünvanına göndərmələri xahiş olunur.