Satınalma üzrə baş mütəxəssis
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Müddət: 2025-06-13 - 2025-07-31
.png)
Baxış sayı: 128
Vakansiya № 1014097
Şəhər:
Bakı
İşin təsviri:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların təşkil edilməsi;
- Satınalma və təchizat zənciri strategiyasının müəyyənləşdirilməsi və icrasında iştirak edilməsi;
- İllik satınalma planının hazırlanması və icrasının təşkil edilməsi;
- Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesinin təşkil edilməsi;
- Təchizat sifarişlərinin idarə edilməsi (bütün prosesi);
- Satınalma sənədlərinin hazırlanması və qiymətləndirilməsi, keçirilmiş satınalma müsabiqələrinin nəticələrinin rəsmiləşdirilməsi və s.
- Müqavilə şərtlərinin müəyyən edilməsi, hazırlanması və nəzarətdə saxlanılması;
- Mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq bağlanmış satınalma müqavilələrinin reyestrinin aparılması;
- Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanmasında iştirak edilməsi;
- Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliklərinə aid digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- AR İnzibati Xətalar Məcəlləsinin və AR Mülki Məcəlləsinin dövlət satınlamalarına aid maddələri mükkəmməl şəkildə bilməli;
- Dövlət satınalmaları təlimi üzrə müvəfəqiyyət sertifikatı;
- Rus və ingilis dillərini B2 səviyyəsində bilməli;
- Müvafiq sahə üzrə min. 3 il iş təcrübəsi;
- MS Office (Word, Excell, Power Point) proqramlarında işləməyi bilməli;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
- Problemləri həll etmə bacarığı olmalı;
- Təhlil etmə bacarığı olmalı;
- Ünsiyyət qurma bacarığı olmalı.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar