Satınalmalar üzrə mütəxəssis
Paşa Bank Müddət: 2025-06-18 - 2025-07-18
Baxış sayı: 247 Vakansiya № 1014115
Şəhər:

Bakı


İşin təsviri:

  • Bankın satınalma/ təchizat zənciri ehtiyaclarının qarşılanması;
  • Təchizatçıların qiymətləndirmə və seçim proseslərinin idarə edilməsi;
  • Bankın Siyasəti və prosedurlarına uyğun olaraq kiçik və orta satınalmaya aid olan proseslər/metodların idarə edilməsi və bank daxilində satınalma fəaliyyətlərinin təmin edilməsi;
  • Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştərilərin idarə edilməsi, istəklərın, tələblərin və sorğuların aydınlığını təmin etmək üçün daxili müştərilərlə əməkdaşlığın qurulması;
  • Satınalma və Təchizat zənciri siyasətinin, sorğu formasının, təchizatçı seçimi prosedurlarının tənzimlənməsi və icrası;
  • Bank tərəfindən qoyulan qənaət gözləntisinin icra edilməsi;
  • Təchizatçılar və İstehsalçılar ilə bütün kommersiya əlaqələr üçün tək bir əlaqə nöqtəsi olaraq satınalma tələbləri ilə məşğul olunması;
  • Satınalma fəaliyyəti, sifariş üzərində iş, digər kargüzarlıq və inzibatçılıq işlərinin idarə edilməsi;
  • Yüksək nəticələrin əldə olunması üçün səmərəli müqavilə KPI-ləri vasitəsilə E2E idarə edilməsi (kiçik və orta satınalma).

Tələblər:

  • Təhsil: Bakalavr təhsili. (İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili arzuolunandır);
  • İş təcrübəsi: Satınalma  sahəsində minimum 2 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: Yerli təlim mərkəzlərində həm də online əldə edilən Satınalma sahəsindəki sertifikat qəbul edilir;
  • Xarici dil: İngilis dili (yaxşı), Azərbaycan dili (səlis) Rus dili (arzuolunandır);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Bazar biliyi: müvafiq kateqoriya üzrə yerli bazar üzrə biliklər tələb olunur;
  • Digər: Güclü ünsiyyət bacarığı və işgüzar danışıqlar aparmaq bacarığı.

    Müraciət et